Avropadan sualtı kabelləri qorumaq üçün TƏKLİF

Avropadan sualtı kabelləri qorumaq üçün TƏKLİF backend

Avropa Komissiyası sualtı kabellərin zədələnməsinin monitorinqi və “dənizdə şübhəli fəaliyyətin” müəyyən edilməsi üçün ümumavropa kosmik əsaslı sistemin yaradılmasını təklif edib.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilyus təşəbbüs irəli sürüb.

Xüsusilə, o, bu məqsədlər üçün Avropanın “Copernicus” peyk sistemi, dəniz hərbi və mülki pilotsuz uçan aparatlarından istifadə etməyə çağırıb.

Qeyd edək ki, yanvarın 26-da Baltik dənizinin dibi ilə Latviya və İsveç arasında uzanan sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib. 26 dekabr 2024-cü ildə isə Finlandiya Sərhəd Mühafizəsi Finlandiyanı Estoniya ilə birləşdirən “Estlink 2” sualtı elektrik kabelinin zədələnməsində iştirak etdiyi güman edilən “Eagle S” tankerini saxlayıb.

QAZİLER.AZ

Diaspora