Maya Sandu devrilsə, Ukraynada sülh olacaq - Keçmiş prezident

Maya Sandu devrilsə, Ukraynada sülh olacaq -  Keçmiş prezident backend

Moldova sakinləri Ukraynaya sülhün gəlməsini istəyirlərsə, prezident Maya Sandunun istefasına nail olmalıdırlar.

Qaziler.az xəbər verir ki, bu barədə respublikanın keçmiş prezidenti, Moldova Sosialistlər Partiyasının lideri İqor Dodon “Telegram” kanalında yayımlanan videosunda bildirib. O, Sandunun bu yaxınlarda Kiyevə səfəri zamanı Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləməsi ilə bağlı sözlərini belə şərh edib:

“Rusiya və ABŞ sülh istəyir, yəni Ukraynada hərbi əməliyyatlar dayandırılsın. Aİ buna qarşıdır. Moldova vətəndaşlarının əksəriyyəti sülh arzulasa da, Sandu Brüsseldəki bu “müharibə partiyasına” qoşuldu. Biz anlayırıq ki, Sandu bu siyasətə sadiq qalmağa davam edəcək. Bunun yalnız bir çıxış yolu var - prezident istefa verməlidir və növbədənkənar seçkilər keçirilməlidir”, - Dodon bildirib.

QAZİLER.AZ

Diaspora