HƏMAS girov götürdüyü Şiri Bibasın əvəzinə naməlum Qəzza sakininin meyitini İsrailə təhvil verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatı onun ofisi tərəfindən yayılıb.
O, bunu "müqaviləni kobudcasına pozmaq" adlandırıb:
"HƏMAS-ın qəddarlığı sərhəd tanımır. Onlar Şiri Bibasın əvəzində naməlum qəzzalı qadının meyitini geri qaytarıblar. HƏMAS bunun əvəzini ödəməli olacaq”.