Rusiya rəsmiləri Səudiyyə Ərəbistanında amerikalılarla görüş zamanı NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını istəyib. Lakin ABŞ bununla razılaşmayıb.
Qaziler.az-ın məlumatına görə, "Financial Times" xəbər verir ki, bunu Rumıniya prezident administrasiyasının rəhbəri, müdafiə və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kristian Diakonesku deyib.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti Rusiyanın tələblərini rədd etsə də, Vaşinqtonun son nəticədə Rusiya diktatoru Vladimir Putinə bu güzəştə getməyəcəyinə zəmanət yoxdur.
"Başa düşdüyüm qədər, vəziyyət saatdan saata və ya gündən günə dəyişə bilər", - Diakonesku qeyd edib.
O əlavə edib ki, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun gələn həftə Vaşinqtona səfərləri ABŞ prezidenti Donald Trampı tələbə boyun əyməməyə inandırmaq məqsədi daşıyacaq.
QAZİLER.AZ