Tramp dörd millət turniri finalından əvvəl ABŞ xokkey komandasına uğurlar arzulayıb
ABŞ prezidenti Donald Tramp Dörd Millət turnirinin Kanada komandası ilə final oyunundan əvvəl milli xokkey komandasına zəng edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə komandanın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Tramp "Truth Social" sosial şəbəkəsində amerikalı xokkeyçilərə qələbə və yaxşı oyun arzuladığını bildirib.
ABŞ və Kanada komandaları arasında qarşılaşma fevralın 21-də Bostonda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
QAZİLER.AZ