Estoniya may bayramı üçün Narva keçid məntəqəsi vasitəsilə Rusiyaya girişini bağlayacaq.
Qaziler.az-ın məlumatına görə, "Delfi" portalı Polis və Sərhəd Mühafizə İdarəsinə istinadən yazır ki, aprelin 30-dan mayın 2-dək Estoniya “Qalxan” təlimləri ilə əlaqədar Narva-1 keçid məntəqəsindən Rusiya Federasiyasına keçidi bağlayacaq.
Hazırda iki ölkə sərhədində üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. “Narva” yalnız gündüz fəaliyyət göstərir, “Luhamaa” və “Koydula” keçid məntəqələri isə tam fəaliyyət göstərir.
"Təlim tədbirlərinin keçirilməsi üçün 2025-ci il aprelin 30-dan Narva-1 sərhəd-keçid məntəqəsini bağlamaq lazımdır", - portal Estoniya hökumətinin fərmanına istinadən xəbər verir.
QAZİLER.AZ