Fevralın 20-də Latviya Seyminin üzvləri Rusiya və Belarus vətəndaşlarına və ya onlara məxsus hüquqi şəxslərin ölkədə daşınmaz əmlak almasına qadağa qoyulmasını nəzərdə tutan “Milli təhlükəsizliyə təhlükə yaradan əməliyyatların məhdudlaşdırılması haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyiblər.
Qaziler.az bildirir ki, bu barədə “Delfi” yazır.
Qanun layihəsinin məqsədi Latviyanın milli maraqlarına zərərli və ya təhlükəli olan hərəkətlərin qarşısını almaq, habelə tətbiq edilmiş beynəlxalq sanksiyalardan yayınmanın qarşısını almaqdır.
Məhdudiyyətlərin miqrasiya qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq Avropa İttifaqının daimi sakini statusu və ya Latviyada daimi yaşamaq icazəsi almış şəxslərə şamil edilməyəcəyi planlaşdırılır.
Qanun layihəsini parlamentin “Yeni Birlik” fraksiyası Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birgə hazırlayıb.
QAZİLER.AZ