Çində məmurlardan süni intellekdən istifadə etmək istənildi

Çində məmurlardan süni intellekdən istifadə etmək istənildi backend

Çinin regional hökumətləri yüksək vəzifəli məmurlar arasında qərar qəbulunu dəstəkləmək üçün “DeepSeek”in süni intellektini tətbiq etməyə başlayıblar.

Qaziler.az xəbər verir ki, “RİA Novosti” bu barədə Çinin “Penpai” nəşrinə istinadən məlumat dərc edib

Quanqsi Çjuanq Muxtar Bölgəsindəki Laibin şəhərinin rəhbərliyinin görüşündə vurğulanıb ki, bütün  liderlər qərar qəbul etmək, təhlil etmək və problemlərin həlli üçün yeni texnologiyalar, o cümlədən “DeepSeek” kimi süni intellekt modellərini fəal şəkildə tədqiq etməlidirlər. Rəsmilərə işin keyfiyyətini və səmərəliliyini artırmaq üçün “insan beyni + süni intellekt”dən istifadə etməyə çağırılıb.

QAZİLER.AZ

Diaspora