ABŞ-nin müdafiə naziri Pit Heqset yüksək səviyyəli hərbçilərə və Pentaqon rəsmilərinə qarşıdakı beş il ərzində müdafiə büdcəsini 8 faiz azaltmaq üçün planlar hazırlamağı tapşırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “New York Times” rəsmilərə istinadən xəbər verir.
“İxtisarlar, çox güman ki, Müdafiə Nazirliyinin illik 850 milyard dollarlıq büdcəsini azaltmaq əvəzinə, Pentaqonun vəsaitlərini Tramp administrasiyası tərəfindən dəstəklənən proqramlara yönəltmək səylərinin bir hissəsi olacaq”, - nəşr bildirib.
NYT yazır ki, Heqset Amerika hökuməti üçün əsas prioritet olan miqrantların ABŞ sərhədindən keçməsini dayandırmaq üçün minlərlə aktiv Amerika əsgərini yerləşdirməyi vəd edib.
QAZİLER.AZ