Ukrayna Rusiya ilə münaqişə zamanı 700 min hərbçi itirib.
Qaziler.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Mayamidə keçirdiyi brifinqdə bildirib.
“ABŞ lideri qeyd edib ki, Vaşinqton bunu peyklər vasitəsilə görüb. Trampın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski pis iş görür”, - Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Düşünürəm ki, Ukrayna müharibədə 700 min insan itirib. Biz peyklər vasitəsilə döyüş meydanında cəsədləri və insan bədənlərinin müəyyən hissələrini görürük. Zelenski bunun öhdəsindən gələ bilmir, insanlar boş yerə ölür. Ümid edirik ki, tezliklə atəşkəs elan olunacaq”, Amerika lideri vurğulayıb.
Tramp peyk şəkillərinin “Gettisburqun müasir versiyasına” bənzədiyini iddia edib. Söhbət 1863-cü ildə Amerika vətəndaş müharibəsinin ən qanlı döyüşündən gedir.
QAZİLER.AZ