Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 90-dan çox pilotsuz uçan aparatdan istifadə etməklə Belqorod vilayətinə hücum edib.
Qaziler.az "Nyus.ru"ya istinadla xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, yeddi rayonda 31 yaşayış məntəqəsi atəşə tutulub.
Rayon rəhbəri qeyd edib ki, hava hücumundan müdafiə sistemi tərəfindən 58 pilotsuz uçuş aparatı vurulub. Belə ki, Oktyabrski kəndində pilotsuz təyyarənin avtomobilə hücumu nəticəsində 3 mülki şəxs yaralanıb. O, əlavə edib ki, vəziyyəti orta ağır olan iki nəfər xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ