Keçmiş Samara meri Viktor Tarxov və həyat yoldaşının qalıqları tapılarsa, müstəntiqlər və məhkəmə-tibb ekspertləri qatili müəyyən edə biləcəklər.
Qaziler.az xəbər verir ki, bu sözləri vəkil İqor Buşmanov “KP.RU” ilə söhbətində bildirib. Onun sözlərinə görə, ekspertizanın köməyi ilə zərərçəkmişlərə xəsarət yetirmə üsulunu və cinayəti törədən şəxsin cinsini müəyyən etmək mümkündür.
"Bunu kim etdi - kişi, yoxsa qadın? Bu adam anatomiya ilə tanışdırmı? Onun müəyyən fiziki gücü var idimi müəyyən sümükləri, vətərləri və sair kəsmək üçün”, - ekspert sadalayıb.
Buşmanov vurğulayıb ki, müasir kriminalistik texnologiyanın köməyi ilə zibilxanada cəsəd parçalarını aşkar etmək nəzəri cəhətdən mümkündür: “Torpaqda üzvi maddələrin tapılmasına kömək edən qurğular var, xüsusən də istintaq hansı çantaların axtarılacağını dəqiq bilir. Bununla belə, bütün bu şeylər əllə qazılaraq tapılacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 17-də İstintaq Komitəsi Samara şəhərinin keçmiş meri Viktor Tarxovun mənzilində qan və qan damarlarının izlərinin tapıldığını açıqlayıb. Bundan əlavə, ekspertiza müəyyən edib ki, ev güclü kimyəvi maddələrlə tamamilə təmizlənib. Hazırda keçmiş mer və arvadının cəsədlərinin tapılması üçün işlər aparılır.
QAZİLER.AZ