Çexiyanın sabiq qapıçısı Dominik Haşek Rusiya ilə ABŞ arasında Ər-Riyadda baş tutan danışıqları Çexiyaya qarşı xəyanət adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Dominik Haşek “X” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
İkiqat Stenli Kubokunun qalibinin fikrincə, söhbət Ukraynadan sonra sırada ola biləcək ölkəni qorumaqdan gedir. Olimpiya çempionu yazıb ki, belə hərəkətləri ölkəmizə, Çexiyaya xəyanət hesab edirəm.
İdmançı dəfələrlə rusiyalı həmkarlarının əleyhinə açıqlamalar verib. Çexiyadan olan sabiq qapıçı Milli Xokkey Liqasının rəhbərliyini də tənqid edib. Buna səbəb Ukraynada xüsusi hərbi əməliyyatlar başlayandan sonra Milli Xokkey Liqasının Rusiyadan olan xokkeyçilərə qarşı hərəkətə keçməməsi olub. Eyni zamanda, Haşek bir mövsümlük Moskvanın "Spartak"ının üzvü kimi yer alıb.
QAZİLER.AZ