Qəzza zolağında ölən 4 girovun meyiti IDF-ə (İsrail Müdafiə Qüvvələri) təhvil verilib.
APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, HAMAS İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq öldürülən dörd girov – Şiri Bibas, Ariel Bibas, Kfir Bibas və Oded Lifşitsin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Proses Qəzza zolağının cənubunda Xan Yunisdə baş tutub.
HAMAS bildirib ki, 7 oktyabr hücumunda girov götürülən bu şəxslərin hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.
Fevralın 22-də son razılaşmalar çərçivəsində 6 sağ girovun azad edilməsi gözlənilir.