İtaliyanın baş naziri Corciya Meloni çərşənbə günü pnevmaniyadan müalicə alan Papa Fransiski xəstəxanada ziyarət edib.
Qaziler.az bildirir ki, bu barədə DPA məlumat yayıb.
Meloni hökuməti və bütün İtaliya adından 88 yaşlı papaya tezliklə sağalmasını arzulayıb.
"Papa Fransisk gümrahdır", - Meloni deyib.
O, 2022-ci ilin oktyabrında vəzifəyə gəldikdən sonra bir neçə dəfə Papa ilə görüşüb.
Klinikadakı görüşdən sonra Meloni Romadakı rəsmi iqamətgahından deyib: "Həmişə olduğu kimi zarafat etdik. O, gözəl yumor hissini itirməyib".
Onların görüşünün müddəti açıqlanmayıb.
QAZİLER.AZ