Rusiyanın Norveçdəki səfirliyi polisə müraciət edib

Rusiyanın Norveçdəki səfirliyi polisə müraciət edib backend

Rusiyanın Oslodakı səfirliyi Rusiya Xarici Kəşfiyyat Xidmətinin  Kiyevin Rusiya diplomatik missiyalarına qarşı mümkün terror aksiyaları barədə xəbərdarlığından sonra yerli polisə sorğu göndərib.

Qaziler.az bildirir ki, bu barədə diplomatik missiyanın məlumatında deyilir.

"Müvafiq sorğu Norveç polisinə göndərilib", - RİA Novosti-nin mətbuat xidməti bildirib.

Günün əvvəlində Rusiyanın İsveçdəki səfirliyi Ukraynadan münaqişə ilə bağlı sülh danışıqlarını pozmaq məqsədi daşıyan mümkün terror hücumları barədə məlumatlardan sonra təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb.

QAZİLER.AZ

Diaspora