Litva prezidenti Aİ-nin Ukraynaya qoşun göndərmək qərarının olmadığını deyib

Litva prezidenti Aİ-nin Ukraynaya qoşun göndərmək qərarının olmadığını deyib backend

Onlayn sammit zamanı Avropa İttifaqının (Aİ) liderləri qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı qərar qəbul edə bilməyiblər.

Qaziler.az bildirir ki, bu barədə fevralın 19-da Litva Prezidenti Gitanas Nauseda məlumat verib.

Litva liderinin qeyd etdiyi kimi, ilk növbədə Avropa kontingentlərinin hansı şəraitdə ora göndərilə biləcəyini və münaqişənin hansı mərhələsində ora düşə biləcəyini dəqiq müəyyənləşdirmək lazımdır.

“Ukraynada təlimatçıların olması artıq müzakirə olunub və bu suala müsbət cavab verilib. Lakin daha geniş əməliyyatlar üçün qoşunların göndərilməsi ilə bağlı hələ qərar verilməyib”, - Nauseda mətbuat konfransında bildirib. Yayım LRT (Litva Radio və Televiziyası) portalında həyata keçirilib.

Onun sözlərinə görə, Aİ qoşunlarının Ukraynada olması üçün “çox fərqli formatlar” mümkündür, lakin hələlik bu barədə dəqiq anlayış yoxdur.

QAZİLER.AZ

Diaspora