İraqda yezidi kürdlərin müqəddəs şəhəri İŞİD-dən geri alındı

İraqda yezidi kürdlərin müqəddəs şəhəri İŞİD-dən geri alındı backend

Kürd peşmərgələr İraqın şimalında dünən İŞİD-ə qarşı başladıqları əməliyyatı uğurla bitiriblər. APA TV-nin məlumatına görə, yezidi kürdlərin də qatıldığı əməliyyatda terrorçuların nəzarətində olan Sincar şəhəri ələ keçirilib.


Yezidi kürdlərin müqəddəs hesab etdikləri bu şəhər olduqca strateji mövqe hesab edilir. İŞİD-dən geri alınan bu şəhər Suriyanın Rəqqa və İraqın Mosul şəhərlərini birləşdirən əsas magistralın üzərində yerləşir. Həmin şəhərlər isə İŞİD-in əlindədir və terrorçuların əsas qalaları sayılır. Məhz bu yolla İŞİD rahat şəkildə şəhərlər arasında əlaqə yarada bilirdi.

Əməliyyatlar ABŞ aviasiyasının dəstəyi ilə baş tutub. Kürd peşmərgələrin qərargahından bildirilib ki, Sincarın ətrafının 90 faizi də İŞİD-dən təmizlənib.

Xatırladaq ki, İŞİD əsasən yezidi kürdlərin yaşadığı bu şəhərdə yüzlərlə qadını və qızı qul bazarlarına çıxarıb, qəətliamlar törədib.

Diaspora