Zelenski: Biz müharibəni bu il bitirmək istəyirik

Zelenski: Biz müharibəni bu il bitirmək istəyirik backend

Ukrayna təhlükəsizlik zəmanətini və müharibənin bu il bitməsini istəyir.

Qaziler.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı müzakirə olunan “mineral ehtiyatlara dair sazişdə hansı təhlükəsizlik təminatlarını görmək istərdik” sualına cavab verərkən deyib.

“Onlar mənim zəmanətlərimi bilirlər... Məsələn, bunu hamı başa düşür. Hətta NATO-ya daxil olmayan ölkələr də. Bunu Yaxın Şərqdə də başa düşürlər. Hamı başa düşür. Biz Ukrayna elə bir vəziyyətdəyik ki, biz təhlükəsizlik zəmanətlərinin çox formatına malik deyilik”, - Zelenski qeyd edib.

Zelenski əlavə edib ki, heç kim yeni, qlobal, kosmik bir şey qurmur:“Biz bu il təhlükəsizlik zəmanəti istəyirik, çünki müharibəni bu il bitirmək istəyirik”.

QAZİLER.AZ

Diaspora