Mərakeşdə tətildə olarkən infarkt keçirən britaniyalı qadın tibbi borcları olduğuna görə həbslə hədələnib.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Fevral ayında 58 yaşlı Kollet Robinson dostu ilə Mərakeşdəki “Valeria Madina Club Resort”da istirahət edib. Hovuz kənarında oturar turist xanım qəfildən qusmağa başlayıb. Qadın yaxınlıqdakı xəstəxanaya aparılıb, həkimlər ona ürək tutması diaqnozu qoyub və stent taxıblar.
Turistin sığorta polisi olmasına baxmayaraq, xəstəxana palatasında qalması və əməliyyat üçün ondan 22 min funt-sterlinq pul istənilib. İngilis qadının övladları xərcləri aylıq ödənişlə qarşılamağı təklif ediblər, lakin həkimlər birdəfəlik ödəniş tələb ediblər və əks halda analarının həbs olunacağını bildiriblər.
Kolletin oğlu Cek Robinson qeyd edib ki, borcu ödəyə bilmək üçün çox pul xərcləməməyə çalışır və buna görə də xəstəxanaya anasını ziyarətə gedə bilmir. O qeyd edib ki, qadın fevralın 11-dən palatada təkdir və onun səhhəti artıq evə qayıtmağa kifayət etsə də, həkimlər xəstəni buraxmır və daim onu həbslə hədələyirlər.
QAZİLER.AZ