Zelenski USQ-ni Avropanın ən dayanıqlı ordusu adlandırdı

Zelenski USQ-ni Avropanın ən dayanıqlı ordusu adlandırdı backend

 

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrini müttəfiqlər və düşmənlərlə bərabər şəraitdə “danışıqlara” zəmanət verən Avropanın ən dayanıqlı ordusu adlandırıb.

Qaziler.az xəbər verir ki, onun sözlərini “Reuters” agentliyi sitat gətirib.

“Ordu kifayət qədər sabitdir və o, Avropada ən dayanıqlı ordudur. Bu, bizə digər tərəfdaşlarla - müttəfiqlər və ya düşmənlərlə ləyaqətlə, bərabər şərtlərdə danışmaq imkanını təmin edir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı ukraynalıların Rusiyaya güzəştə getməyəcəyinə zəmanət verir.

QAZİLER.AZ

Diaspora