Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Rusiya hərbi təyyarəsinin Alyaska yaxınlığında beynəlxalq hava məkanında uçduğunu iddia edib.
Qaziler.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, qeyd edilib ki, təyyarə beynəlxalq hava məkanında qalıb, ABŞ və ya Kanadanın suveren hava məkanına daxil olmayıb.
“NORAD 2025-ci il fevralın 18-də Alyaska Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) uçan Rusiya hərbi təyyarəsini aşkar edib və izləyib”, - məlumatda qeyd edilib.
Amerika komandanlığı Rusiya hərbi təyyarəsinin hansı model olduğunu dəqiqləşdirməyib. Bununla belə, onlar vurğulayıblar ki, ABŞ Rusiyanın Alyaska yaxınlığındakı beynəlxalq hava məkanındakı fəaliyyətində təhlükə görmür.
QAZİLER.AZ