Tramp Ər-Riyad görüşünü çox yaxşı adlandırdı

Tramp Ər-Riyad görüşünü çox yaxşı adlandırdı backend

Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarını çox yaxşı adlandırıb.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o, yeni fərmanlarını imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin həllinə inamının gücləndiyini vurğulayıb.

Ondan Səudiyyə Ərəbistanındakı görüş və danışıqlardan sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə dair sazişin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib. "Mən daha çox əminəm ki, onlar (danışıqlar - red.) çox yaxşı olub", - o, jurnalistlərə deyib.

İmzalanma ABŞ liderinin Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub.

Diaspora