Fransa Ukrayna və Avropa təhlükəsizliyi ilə bağlı yeni sammit keçirmək istəyir. Dünən, fevralın 17-də liderlərin oxşar görüşü baş tutub.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyi xəbər verir.
Adı açıqlanmayan diplomatik mənbələrdən verilən məlumata görə, sammit sabaha planlaşdırılıb. Tədbirə bazar ertəsi keçirilən iclasda iştirak etməyən ölkələr dəvət olunub.
Reuters mənbələri qeyd edir ki, dəvət olunan ölkələr arasında Norveç, Kanada, üç Baltikyanı ölkə (Litva, Estoniya və Latviya), Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika var.
Eyni zamanda, bəzi dövlətlər videokonfrans vasitəsilə görüşdə iştirak edə bilər.
QAZİLER.AZ