"Politico": Aİ Ukraynaya azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır

"Politico": Aİ Ukraynaya azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır backend

Avropa Birliyi ölkələri ABŞ-ın Rusiya ilə apardığı danışıqlar ərəfəsində Ukraynaya strateji mövqeyini gücləndirmək üçün nəzərdə tutulan ən azı 6 milyard avro dəyərində hərbi yardım paketini müzakirə edir.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” üç diplomatik mənbəyə istinadən yazır.

“Politico” mənbələri bildiriblər ki, paketin bir hissəsi kimi Aİ Ukraynaya 1,5 milyon artilleriya mərmisi, hava hücumundan müdafiə sistemləri və Ukrayna briqadaları üçün avadanlıq verməyi planlaşdırır.

Onlar həmçinin iddia edirlər ki, Aİ dövlətləri Kiyevə nə verə biləcəklərini qiymətləndirdikdən sonra paket potensial olaraq 10 milyard avroya başa gələ bilər.

"Politico" yazır ki, Aİ ölkələri paketə maliyyə və ya hərbi texnika ilə qoşula biləcək və onların töhfəsi ümumi milli gəlirlərinə mütənasib olacaq.

Aİ xarici işlər nazirlərinin gələn həftə Brüsseldə yenidən görüşəcəkləri zaman paketi nəzərdən keçirəcəkləri gözlənilir.

Məqalədə deyilir ki, Macarıstanın mövqeyinə görə hərbi yardımın Aİ dövlətləri tərəfindən yekdilliklə təsdiqlənəcəyi ehtimalı azdır, ona görə də bunu istəyən ölkələrin koalisiyası tərəfindən verilə bilər.

QAZİLER.AZ

Diaspora