Kanadanın Toronto şəhərində "Delta Airlines Bombardier CRJ900" təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni görüntülər yayılıb.
Qaziler.az bildirir ki, Baza Telegram kanalının təqdim etdiyi fotolarda təyyarənin eniş zamanı sağ şassisinin necə qırıldığı əks olunub. Bundan sonra təyyarə yan üstə düşüb və alovlanıb.
Bir neçə metrdən sonra təyyarə çevrilib və geridə böyük bir tüstü buraxaraq irəliləməyə davam edib. Təyyarə qəzası qarlı ərazidə baş verib. Təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər xəsarət alıb.
Video müşahidə kamerasının görüntülərində təyyarənin sərt eniş və yerə çırpılması nəticəsində qanadlarının qopduğu görünür. Bundan sonra layner aşıb.
QAZİLER.AZ