ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Ktt Kelloq bu gün, fevralın 18-də axşam saatlarında Kiyevə gedəcək.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyi xəbər verir.
Nəşrin məlumatına görə, amerikalı məmurun iş qrafiki ilə tanış olan adı açıqlanmayan mənbə Kelloqun Kiyevə getmək planlarından danışıb.
Xatırladaq ki, hələ fevralın əvvəlində Prezident Aparatındakı RBC-Ukrayna mənbələri ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun fevralın 20-də Ukraynaya səfər edəcəyi barədə məlumat vermişdilər. Bu tarixi Amerika tərəfi təklif edib.
Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda Kelloqun fevralın 20-də Kiyevə gələcəyini təsdiqləyib. O, hərbçilər, diplomatlar və Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşlər keçirəcək.
QAZİLER.AZ