İŞİD terror təşkilatının "Cihadçı Con" kimi ad çıxaran cəlladı məhv edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ Suriyanın Rəqqa şəhərində keçirdiyi əməliyyatda terrorçunun olduğu yeri hədəfə alıb.
Pentaqon sözçüsü Peter Cook "ABŞ Hava Qüvvələri 12 noyabr 2015-ci il tarixində Raqqada "Cihadçı Con" kimi tanınan Muhammed Emvazini hədəfə alan əməliyyat həyata keçirib", - deyə yazılı açıqlamasında qeyd edib.Cook əlavə edib ki, İngiltərə vətəndaşı "Cihadçı Con" aralarında ABŞ jurnalisti Steven Sotlov və Ceyms Foley, könüllü Abdul-Rahman Kassiq və ingilis könüllüləri David Haynes və Alan Henninqin İŞİD tərəfindən edam edilmələrini əks etdirən kadrlarda yer alıb.
ABŞ mətbuatına danışan bəzi yüksək rütbəli hərbçilər əməliyyatın uğurlu keçdiyini vurğulayaraq, "Cihadçı Con"un öldürüldüyünə inandıqlarını bildiriblər.