Çin öz sülhməramlılarını Ukraynaya göndərir? - Açıqlama

Çin öz sülhməramlılarını Ukraynaya göndərir? - Açıqlama backend

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin Ukraynaya Çin sülhməramlı qüvvələrinin göndərilməsi təklifini şərh etməkdən imtina edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama yayıb.

O qeyd edib ki, departament hipotetik suallara şərh vermir və Çin Ukrayna böhranı ilə bağlı qərəzsiz mövqeyini ardıcıl olaraq davam etdirir.

“Çin Xarici İşlər Nazirliyi hipotetik sualları şərh etmir. Çin dəfələrlə dilə gətirdiyi Ukrayna böhranı ilə bağlı qərəzsiz mövqeyini ardıcıl olaraq davam etdirir”, - deyə Çin XİN açıqlama verib.

Diplomat həmçinin qeyd edib ki, Çin mövcud böhranın həllinə kostruktiv töhfələr verməkdə davam etmək niyyətindədir.

QAZİLER.AZ

Diaspora