Uşakov Rusiya ilə ABŞ arasında danışıqların necə getdiyini açıqladı

Uşakov Rusiya ilə ABŞ arasında danışıqların necə getdiyini açıqladı backend

Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar yaxşı keçdi.

Qaziler.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Yuri Uşakov deyib.

O, bütün məsələlərlə bağlı ciddi müzakirənin aparıldığını vurğulayıb. Rusiya və ABŞ ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətlərini ifadə ediblər ki, bu da həm Moskvanın, həm də Vaşinqtonun ümumi marağındadır. Uşakov əlavə edib ki, hələlik Rusiya və ABŞ-nin mövqelərinin yaxınlaşdığını söyləmək çətindir, lakin Ər-Riyadda bu məsələnin müzakirəsi aparılıb.

Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar baş tutub.

QAZİLER.AZ

Diaspora