Yaponiyada 14 yaşlı qız smartfondan istifadəni məhdudlaşdıran anasına hücum etdiyi üçün həbs edilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb.
Hadisə fevralın 16-da günorta saatlarında Sapporo ştatının Hiqaşi Uordunda bir ailənin evində baş verib. Qızın kiçik bacısı ailə münaqişəsi zəminində polisə zəng edərək böyük bacısının anasını vurduğunu deyib.
Məlum olub ki, məktəbli qız anasının saçını dartıb və smartfonu ilə onun alnına vurub. Yeniyetmə qız bu hərəkəti anası smartfonunun bəzi funksiyalarını sıradan çıxardıqdan sonra əsəbiləşdiyi üçün etdiyini deyib.
Yeniyetmə hazırda həbsdədir. Onu hansı cəzanın gözlədiyi barədə məlumat verilməyib.
QAZİLER.AZ