Putinlə Trampın hansı ayda görüşə biləcəyi məlum olub

Putinlə Trampın hansı ayda görüşə biləcəyi məlum olub backend

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş apreldə baş tuta bilər.

Qaziler.az bildirir ki, bunu rusiyalı politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti Aleksandr Perendjiev “NEWS.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, o zaman dövlət başçılarının nələri müzakirə edə biləcəyi ilə bağlı anlaşma olacaq.

"Biz başa düşməliyik ki, Putinlə Tramp arasında görüş necə keçəcək, orada nə baş verəcək. Putin boşboğazlıqla kifayətlənməyəcək. Görüş xatirinə görüşmək? Əlbəttə, yox. Müəyyən bir hadisə üçün görüşə mən tələsməzdim. Ən yaxşı halda görüş baş tutsa, hardasa apreldə olacaq. O vaxta kimi nəyə görə görüşəcəkləri aydın olacaq. İki lider nə barədə razılığa gəlməli və hansı sənədləri imzalamalı olacaqlarını bilməlidirlər”, -Perendjiev deyib.

QAZİLER.AZ

Diaspora