Avropada yeraltı anbarlarda qaz ehtiyatları təxminən 44%-ə qədər azalıb.
Qaziler.az bildirir ki, bu barədə TASS “Gas Infrastructure Europe”a istinadən xəbər verir. Belə ki, fevral ayında yanacağın sərfiyyatı son 4 ilin rekordu olub. Cari istilik mövsümündə Aİ yeraltı qaz anbarlarından təxminən 60 milyard kubmetr qaz çıxarıb.
GIE-nin fevralın 16-na olan məlumatına görə, Aİ ölkələrində yanacağın çıxarılması 646 milyon kubmetrə çatıb. Suyun vurulması 28 milyon kubmetrə düşüb. Yanacaq hasilatı payız-qış dövrünə vurulan qazın həcmini xeyli üstələyib.
Ötən istilik mövsümündə Avropa ölkələri martın 31-dək anbarlardaki qaz ehtiyatlarından yararlanıblar. Həmin vaxt 58,44 % ehtiyat qalıb ki, bu da bütün həmin dövr üçün rekorda çevrilib. Hazırda isə anbarlar 44,05% qaz ehtiyatı ilə doludur.
QAZİLER.AZ