“Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi ABŞ-nin zəmanəti ilə dəstəklənməlidir”.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer deyib.
"ABŞ-ın birmənalı dəstəyi lazımdır", - Starmer deyib.
Baş nazirin sözlərinə görə, Amerikanın təhlükəsizlik zəmanətləri Rusiyanın yenidən Ukraynaya hücum etməsinin qarşısını alacaq.
Bundan əvvəl Starmer Rusiya ilə münaqişənin dayandırılması ilə bağlı razılıq əldə olunacağı təqdirdə, Britaniya sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyünü təsdiqləyib. Lakin o, etiraf edib ki, döyüşlər bərpa olunarsa, belə bir qərar qoşunları riskə ata bilər.
QAZİLER.AZ