Kansler Aİ-ni Ukraynaya dəstəyi davam etdirməyə çağırıb

Kansler Aİ-ni Ukraynaya dəstəyi davam etdirməyə çağırıb backend

“Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirməlidir, Kiyev bu məsələdə Avropaya arxalana bilər.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu çağırışı Almaniya kansleri Olaf Şolts edib.

O, təhlükəsizlik məsələlərinə dair Paris sammitinin Avropa üçün çətin vəziyyətdə zəruri, düzgün və qeyri-rəsmi fikir mübadiləsi olduğunu vurğulayıb.

Şoltsun fikrincə, Ukrayna Aİ-nin dəstəyinə arxalanmalıdır və ona ümid edə bilər.

Kansler əlavə edib ki, Avropa dövlətləri Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları alqışlayır.

QAZİLER.AZ

Diaspora