Kadırov adını həyatının ən vacib titulu adlandırıb

Kadırov adını həyatının ən vacib titulu adlandırıb backend

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Telegram” kanalında yayımladığı videoda bildirib ki, ona özü olmaq kifayət edir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, siyasətçi bunun onun üçün həyatda ən vacib titul olduğunu vurğulayıb.

“Mən Ramzan Kadırovam və həyatım boyu bu titulu ən yüksək hesab etmişəm. Heç ağlıma da gəlməzdi ki, mən rəhbər şəxsən və Ramzan Kadırov olmağım mənə kifayət edir.  Qalan hər şey söz-söhbətdir”, - o deyib.

Kadırov əlavə edib ki, hazırda 18 günlük məzuniyyətə çıxıb. Onun sözlərinə görə, bir çox Qərb və Amerika qəzetləri Çeçenistan rəhbərinin ağır xəstə olduğunu bildirirlər.

QAZİLER.AZ

Diaspora