Ər-Riyad danışıqlarında Rusiya tərəfdən iştirak edəcək daha bir nəfərin adı açıqlandı

Ər-Riyad danışıqlarında Rusiya tərəfdən iştirak edəcək daha bir nəfərin adı açıqlandı backend

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ər-Riyadda danışıqlarda iştirak edə bilər.

Qaziler.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Birinci Kanal”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

"Bizim tərəfimizdə təbii ki, xarici işlər naziri olacaq, bir də mən. İqtisadi məsələlər üzrə isə Kirill Dmitriyevin də qoşula bilər”, - \şakov deyib.

QAZİLER.AZ

Diaspora