“Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və sığınacaq almış Ukrayna elitası minnətdarlıq əlaməti olaraq ruslara kömək edə bilər”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov “Gazeta.Ru”ya açıqlamasında bildirib. O bildirib ki, heç kim buna diqqət yetirməyib. Deputat təəssüflə bildirib ki, siyasətçilər fürsəti əldən verir və qiymətli vaxtlarını itirirlər.
“Seçicilərimiz humanitar səbəblərə görə qəbul edilən əcnəbi liderlərin və iş adamlarının Rusiyaya minnətdarlıq əlaməti olaraq böyük sərvətlərini rus xalqına yardıma sərf etmələrini istəyirlər”, - Kuznetsov qeyd edib.
Qeyd edək ki, ötən ilin dekabrın 8- də səhər Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyadan Moskvaya gələrək Rusiyadan sığınacaq alıb.
QAZİLER.AZ