Fitso Paris sammitində hansı mövzunun gündəmdə olacağını AÇIQLADI

Fitso Paris sammitində hansı mövzunun gündəmdə olacağını  AÇIQLADI backend

Slovakiyanın baş naziri Robert Fitso Parisdə keçiriləcək qeyri-rəsmi sammitdə münaqişənin sona çatmasından sonra xarici silahlı qüvvələrin Ukraynada təhlükəsizliyin təminatçısı qismində yerləşdirilməsi məsələsinin müzakirə olunacağını bildirib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə slovakiyalı nazir feysbuk səhifəsində yazıb.

O, həmçinin qeyd edib ki, Aİ-nin bu məsələyə heç bir aidiyyatı olmadığı halda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin bu görüşə hansı məqsədlə toplaşdığını başa düşmür.

“Robert Fitso Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməsi mövzusu ilə bağlı Parisdə keçirilən toplantıda Avropa İttifaqının ali nümayəndələrinin nə işlə məşğul olduğunu başa düşmür. Bu, Avropa Birliyinin heç bir ortaq nöqtəsi olmayan bir gündəmdir”, - deyə Slovakiyanın baş naziri yazıb.

QAZİLER.AZ

Diaspora