İsrailin PUA zərbəsi nəticəsində HAMAS-ın Livandakı lideri öldürülüb - YENİLƏNİB

İsrailin PUA zərbəsi nəticəsində HAMAS-ın Livandakı lideri öldürülüb -  YENİLƏNİB backend

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində öldürülən şəxsin adı açıqlanıb.

Apa yerli LBC telekanalına istinadən xəbər verir ki, bu şəxs HAMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahindir.

Məhəmməd Şahin əsasən təşkilatın bu ölkədəki fəaliyyətinin koordinasiyasını həyata keçirib.

 

***

13:45

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində bir nəfər ölüb.

Apa xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində Hizbullah üzvü öldürülüb.

Diaspora