Merkel Türkiyənin iştirakı ilə sammit keçirəcək

Merkel Türkiyənin iştirakı ilə sammit keçirəcək backend

Avropa İttifaqı Türkiyənin iştirakı ilə sammit keçirməyi planlaşdırır. Sammit bu ilin noyabrın sonunda – dekabrın əvvəlində baş tuta bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel Maltada qaçqın böhranına həsr olunmuş Avropa-Afrika sammitindən sonra bildirib.

Merkelin sözlərinə görə, qərar hökumət və dövlət başçıları səviyyəsində razılaşdırılıb.

Aİ miqrant axınının azaldılması məqsədilə Ankaranın dəstəyinə ümid edir. Bunun müqabilində Aİ Türkiyəyə 3 mlrd dollar həcmində maliyyə yardımı göstərmək istəyir.
Diaspora