Böyük Britaniyanın Baş naziri Devid Kemeron Rusiyanı yeni sanksiyalarla hədələyib, o cümlədən ölkənin “böyük səkkizlikdən” xaric edilməsini istisna etməyib.
“Rosbalt”-ın məlumatına görə, D.Kemeron bəyan edib ki, Ukraynanın cənub-şərqində separatçıların qəsb etdikləri əraziləri genişləndirmək cəhdi cavabsız qalmayacaq.“Yaxın günlərdə biz G-8 ölkələri ilə gələcək addımlarımızı müzakirə edəcəyik. Rusiyanın qanuna zidd hərəkətlərinin yeni həddə çatması qəbuledilməzdir”, deyə Kemeron bildirib.