İsrail 369 fələstinlini sərbəst buraxdı – Qəzzada girov saxlanılan 3 israilli ilə mübadilə

İsrail 369 fələstinlini sərbəst buraxdı – Qəzzada girov saxlanılan 3 israilli ilə mübadilə backend

İsrail həbsxanalarında saxlanılan 369 fələstinli, Qəzza zolağında girov saxlanılan üç israillinin azad olunması müqabilində sərbəst buraxılıb.

QAZİLER.AZ  Musavat.com-a istinadən xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilində azad edilən dörd fələstinlinin səhhəti ağırdır. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün HƏMAS hərəkatı tərəfindən saxlanılan üç israilli girov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib. Bu addım bölgədəki gərginliyin azaldılması istiqamətində mühüm diplomatik proseslərdən biri kimi qiymətləndirilir.

 

 

Diaspora