Türkiyədə G20 sammiti çərçivəsində Obama və Ərdoğan arasında danışıqlar keçiriləcək Türkiyədə15-16 noyabrda keçiriləcək G20 sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar keçirəcək. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evdən məlumat verilib.
Qeyd edək ki, bundan əvvəl Barak Obama və Vladimir Putin arasında da sammit zamanı hər-hansı formatda görüşün baş tutacağı istisna edilməyib.