"Fələstin İsrail torpağıdır" dedi, ortalıq qarışdı...

"Fələstin İsrail torpağıdır" dedi, ortalıq qarışdı... backend

İsrailin xarici işlər naziri Gideon Saar Münxen Təhlükəsizlik Konfransında Fələstinə qarşı qalmaqallı açıqlama verib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, Saar İsrailin Qəzzada məqsədlərindən birinin bütün məhbusları geri qaytarmaq olduğunu bildirib.

“Geri gətirdiyimiz hər bir məhbus bizi bu məqsədə çatmağa daha da yaxınlaşdırır”, - deyə o qeyd edib.

Nazir, həmçinin fələstinli müxbirinin sualına qalmaqallı cavab verib: "Bizim təxribat yolundan əsla vaz keçməyən bir düşmənimiz var. Fələstin dediyin yer İsrail ərazisidir".

Bu açıqlamalar müzakirələrə səbəb olub.

Diaspora