Fransanın xarici işlər naziri Jan-Noel Barro X sosial şəbəkəsində ABŞ-ın Avropa İttifaqı üzrə vitse-prezidenti J.D.Vens cavab olaraq bildirib ki, heç kim öz siyasi modelini Aİ-yə tətbiq edə bilməz.
QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, Barroya görə, Avropa İttifaqında söz azadlığı təmin edilir.
Ötən gün Münhen Təhlükəsizlik Konfransında çıxış edən J.D.Vens deyib ki, avropalı siyasətçilər öz seçicilərindən qorxarsa, ABŞ Avropaya kömək etməyəcək. Onun sözlərinə görə, Avropa sakinləri nəzarətsiz miqrasiya istəmirlər. Vens onu da bildirib ki, Rusiya və Çin Avropa üçün əsas təhlükə deyil.