Danimarkanın Baş naziri Mette Frederiksen NATO müttəfiqlərini Ukraynaya verdikləri silah tədarükü vədlərini yerinə yetirməyə çağırıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, Frederiksen bu fikirləri Münhen Təhlükəsizlik Konfransında keçirilən panel müzakirəsində səsləndirib.
“Mən illərdir təkrar edirəm: xahiş edirəm, Ukrayna üçün qoyulan qırmızı xətləri aradan qaldırın. Bəzi müttəfiqlər buna qarşı olsa da, Ukraynaya verilə biləcək ən yaxşı şey NATO üzvlüyüdür. Əgər Ukrayna NATO-nun üzvü olsaydı, bu ölkədə müharibə baş verməzdi”, – deyə Frederiksen bildirib.
O, həmçinin Ukraynaya silah tədarükünün, xüsusilə hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətini vurğulayıb: “Keçən il müttəfiqlər Vaşinqtonda Ukraynaya ən azı altı və ya yeddi hava hücumundan müdafiə sistemi verəcəklərini vəd etmişdilər. Hava hücumundan müdafiə olmadan ölkəni qorumaq mümkün deyil”.