Egeydə zəlzələ: bu adada da fövqəladə vəziyyət elan edildi

Egeydə zəlzələ: bu adada da fövqəladə vəziyyət elan edildi backend

Son həftələrdə Egey dənizində intensivləşən seysmik aktivlik səbəbindən Santorini adasından sonra Yunanıstanın Niyoz adasında da fövqəladə vəziyyət elan edilib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Mülki Müdafiə üzrə baş katibi Vasilis Papayeorgiu qərar imzalayıb.

Bildirilib ki, adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.

Xatırladaq ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilmişdi.

Diaspora