ABŞ-nin vitse-prezidenti Cey-Di Vensin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı ABŞ prezidenti Donald Tramp administrasiyasının Avropa İttifaqını məhv etmək istəyini təsdiqləyir.
Qaziler.az xəbər verir ki, bu barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində məlumat verib.
“Tramp administrasiyasının Aİ-ni məhv etmək istədiyinin təsdiqi! Bilir ki, bura dərin dövlətin, korrupsiyanın, müharibənin yuvasıdır! – yazırdı.
Fransız siyasətçinin sözlərinə görə, “Almaniya üçün Alternativ” Almaniyanı Avropa İttifaqından kənarda görür. Filippo vurğulayıb ki, bu partiyanı və Avropa ölkələrinin milli suverenliyini dəstəkləməklə Tramp və komandası Aİ-ni dağıtmaq istəyir.
QAZİLER.AZ