Türkiyənin Londondakı səfirliyinin qarşısında bir nəfər Quranı yandırmaq istəyərkən, yoldan keçən şəxs ona bıçaqla hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Jurnalistlərin dediyinə görə, yoldan keçən şəxs Quranı yandırmağa çalışan şəxsə bıçaqla hücum edib, onu yerə yıxaraq yanan Quranı əlindən alıb. Daha sonra müsəlmanların müqəddəs kitabını yandırmağa cəhd edən şəxsi yumruq-təpiklə vurub.
Hücum edən şəxsin ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı qeyd olunub.
QAZİLER.AZ